Modern.az

Hamamda PARTLAYIŞ: 95 yaşlı kişi yandı

Hamamda PARTLAYIŞ: 95 yaşlı kişi yandı

8 Mart 2016, 10:54

Balakəndə 95 yaşlı kişi ağır yanıq xəsarətləri alıb.

Modern.az  xəbər verir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, martın 8-də saat 06:10 radələrində rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Araşdırma zamanı məlum olub ki, 95 yaşlı M. Mustafayev yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış baş verib.

Nəticədə M. Mustafayev bədənin 2-ci və 3-cü A dərəcəli termiki yanıq xəsarətləri alıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M. Mustafayevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır