Modern.az

Sumqayıtda ağır qəza: ölən var

Sumqayıtda ağır qəza: ölən var

8 Mart 2016, 12:10

Sumqayıtda ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, şəhərin Koroğlu prospektində 20 yaşlı sürücünün idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 21 yaşlı oğlan aldığı xəsarətlərdən həyatını itirib. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.  

Modern.az 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır