Modern.az

Mərkəzi Bankdan iddialara CAVAB

Mərkəzi Bankdan iddialara CAVAB

10 Mart 2016, 15:10

Azərbaycan Mərkəzi Bankının (AMB) manatla bağlı  2015-ci il dekabrın 21-dən tətbiq etdiyi “üzən məzənnə” rejimindən imtina edəcəyi barədə informasiyalar yayılıb.

Yayılan informasiyalarda dolların məzənnəsinin 2 manatadək bahalaşacağı və yalnız ondan sonra bu sahədə sabitlik yaranacağı, AMB-nin ən gec may ayının əvvəlində sabit valyuta məzənnəsi haqqında qərarını açıqlayacağı iddia edilir.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az saytının sorğusuna cavabında məsələyə aydınlıq gətirib.

O bildirib ki, yayılan informasiyalar əsassızdır: “Mərkəzi Bankın idarə olunan üzən məzənnə rejimindən imtina etmək niyyəti yoxdur”.  

Gülşən RAUFQIZI  


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır