Modern.az

Avtobus daha bir piyadanın həyatına son qoydu

 Avtobus daha bir piyadanın həyatına son qoydu

10 Mart 2016, 21:13

 

Bakıda sərnişin avtobusun vurduğu piyada dünyasını dəyişib. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, hadisə Bakının Nəsimi rayonu ərazisində baş verib.

165 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu Rövşən Cəfərov küçəsində yolu keçmək istəyən piyadanı vurub. Zərbə nəticəsində hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar, avtobus sürücüsünün ifadəsi alınıb.  

İlkin ehtimala görə, hadisəyə avtobusun yüksək sürətlə idarə olunması səbəb olub.   Faktla bağlı araşdırmalar davam etdirilir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır