Modern.az

Azərbaycan idmançılarının formaları brend olmayacaq – RƏSMİ

Azərbaycan idmançılarının formaları brend olmayacaq – RƏSMİ

11 Mart 2016, 15:26

 

Bu il Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin geyimlərinin hazırlanması üzrə işlərə başlanılıb.  

Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova deyib. O qeyd edib ki, bu il formanın hazırlanması məşhur brendə verilməyəcək.  

“London Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin formasını İtaliyanın məşhur brendi “Ermanno Şervino” moda evi hazırlamışdı. Bu il isə formanın hazırlanmasının hansısa məşhur brendə verilməməsi qərara alınıb. Lakin İtaliyanın yüksək keyfiyyətli şirkətlərindən birinə bu iş həvalə olunacaq”.  

S.Məmmədova geyimlərin dizaynı zamanı Azərbaycan milli arnamentləri və emblemlərindən istifadə olunacağını vurğulayıb.

“Formada Azərbaycan emblemlərinin olacağı şübhəsizdir. Eyni zamanda forma iki cür hazırlanacaq, həm parad, həm də idman forması olacaq.

Yay Olimpiya Oyunlarında iştirak edəcək nümayəndə heyətinin formasının eskizləri qısa müddətdə jurnalistlərə təqdim olunacaq”.  

XXXI Yay Olimpiya Oyunları 5-21 avqust tarixlərində Rio-de-Janeyroda keçiriləcək.    

Aytən ZƏHRA    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...