Modern.az

TQDK-nın keçmiş mətbuat katibi ilə bağlı cinayət işi açıldı

TQDK-nın keçmiş mətbuat katibi ilə bağlı cinayət işi açıldı

11 Mart 2016, 16:05

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında cinayət işi başlanıb.

Bu barədə Modern.az-a Baş Prokrorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O qeyd edib ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırmaq) maddələri ilə cinayət işi başlanılıb və hazırda zəruri istintaq tədbirləri davam etdirilir.  

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər.

Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Aytən ZƏHRA


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...