
Martın 19-da Novruz bayramı münasibətilə Milli Parkda dövlət səviyyəsində bayram tədbirinin və ümumxalq gəzintisinin təşkil olunmasının ardından saat 22.00-da möhtəşəm atəşfəşanlıq olacaq.
Bu haqda Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova məlumat verib.
Qeyd edək ki,“İlaxır çərşənbə” günü – martın 15-də saat 19.00-da Heydər Əliyev Sarayının arxasında Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında bayram karvanı ilə Atəşgahdan gətirilmiş odla tonqal alovlandırılacaq, konsert və atəşfəşanlıq olacaq.
Gülşən RAUFQIZI