Modern.az

Qənirə Paşayeva Bayırbucak türkmənlərinə yardım aksiyasında

Qənirə Paşayeva Bayırbucak türkmənlərinə yardım aksiyasında

11 Mart 2016, 17:45



Millət vəkili Qənirə Paşayeva Türkiyədə Suriya türkmənlərinin təmsilçiləri ilə görüşüb. Görüşdə onlar millət vəkilinə Bayırbucaqda türkmənlərin düşdüyü ağır vəziyyət barədə geniş məlumat veriblər və bütün Türk dünyasından dəstək gözlədiklərini bildiriblər.
Q.Paşayeva Suriya türkmənləri təmsilçiləri ilə görüşündən sonra Kırşehir valiliyi və bələdiyyəsi tərəfindən Suriyanın Bayırbucak bölgəsindəki türkmənlərə yardım aksiyasında iştirak edib. Q.Paşayeva aksiyanın keçirildiyi mərkəzi ziyarət edib və ağır vəziyyətdə olan Bayırbucaqdakı insanlara ehtiyacları olan şeylərin göndərilməsinin vacibliyinə toxunaraq bu işdə əməyi olan hər kəsə təşəkkür edib.

Millət vəkilinə aksiya nəticəsində edilən dəstəklərlə bağlı geniş məlumatlar verilib və bildirilib ki, aksiya bundan sonra da davam edəcək. 

“Gün qardaşlıq, birlik və bərabərlik günüdür” deyən Q. Paşayeva insanların daha çox acı çəkməməsi, zülm görməməsi üçün birlik və bərabərliyin daha da gücləndirməsinin vacibliyinə toxunub.

Q. Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanını imkanları daxilində Bayırbucak türkmənlərinə yardım göstərməyə çağırıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...