Modern.az

Prezidentin istefasını istəyən 3 milyon insan küçələrə çıxdı

Prezidentin istefasını istəyən 3 milyon insan küçələrə çıxdı

14 Mart 2016, 11:45



Braziliya prezidenti Dilma Russefin istefasını tələb edən 3 milyon insan Braziliya küçələrinə çıxıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, təkcə San-Pauluda 1,4 milyon insan küçələrə çıxıb.

150 iri şəhərdə keçirilən aksiyalarda əsas tələb neft nəhəngi Petrobas-ın korrupsiya sxemlərində adı hallanan dövlət məmurlarının, o cümlədən prezident Dilma Russefin istefasıdır.

Dilma Rusef isə xalqa müraciət edərək, legitim yolla seçildiyi üçün vaxtından əvvəl heç bir halda istefa verməyəcəyini deyib.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...