
Londonda yerləşən “Suriya İnsan Hüquqları Monitorinq Mərkəzi”i İŞİD-in gürcü lideri Əbu Ömər əş-Şişani barədə yeni məlumat verib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, adıçəkilən Mərkəz ABŞ aviasiyasının zərbələri nəticəsnidə ağır xəsarətlər alan əş-Şişaninin klinik ölüm keçirdiyini yazıb.
Məlumata görə Şişani Rakka şəhərindəki xəstəxanalardan birində müalicə alır və süni nəfər alətlərinə qoşuludu.
Xatırladaq ki, martın 8-də amerikalılar Əş-Şaddadi şəhərində İŞİD mövqelərinə zərbələr endirərərək 13 İŞİD-çini məhv etmiş, əş-Şişanini isə yaralamışdı.
Vüqar İsmayılov