Modern.az

Nəriman Həsənzadə Ağsaqqallar Şurasına sədr seçildi

Nəriman Həsənzadə Ağsaqqallar Şurasına sədr seçildi

14 Mart 2016, 15:32

Martın 14-də Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib.

Bu barədə AYB-nin Mətbuat xidmətindən Modern. az saytına məlumat verilib.

Toplantıda bir sıra məsələlərlə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri vəzifəsinə təyinat da müzakirə edilib.

Xalq şairi Nəriman Həsənzadənin namizədliyi yekdilliklə qəbul edilib.

Bundan öncə Ağsaqqallar Şurasının sədri mərhum xalq şairi Vaqif Səmədoğlu idi.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...