
Bu gün İstanbulda 16 rayonun ərazisində eyni vaxtda 32 ünvanda antiterror əməliyyatı baş tutub.
Modern. az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, anititerror əməliyyatı nəticəsində PKK terror təşkilatının üzvü olması şübhəsi ilə 49 nəfə saxlanılıb. Saxlanılanlardan 12-nin vəkil olduğu bildirilir.
Saxlanılan şəxslərin 30-u, o cümlədən 9 vəkil həbs edilib. Vəkillərin arasında Ankaradakı terroru törədən Səhər Çağla Demirin vəkili Hüseyn Boğatekin də var.
Şübhəlilər MİT-in İstanbuldakı Təhlükəsizlik İdarəsinə aparılıb. Artıq onlar barəsində araşdıma başlanılıb. Əməliyyatda xüsusi təyinatlılar, terrorçuluğa qarşı mübarizə şöbəsinin əməkdaşları, polis qüvvələri iştirak ediblər.
Qeyd edək ki, terrorçu qruplaşmalar Novruz bayramı günlərində bütün vasitələrdən yararlanaraq, Türkiyədə qarışıqlıq yaradacaqlarına dair çıxışlar ediblər.
Bu haqda hətta bəzi terrorçular Avropa KİV-ində müsahibələr veriblər.
Ağa AKİFOĞLU