
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli sərəncamına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeniləşmiş tərkibi qurumun rəsmi saytına yerləşdirlib.
Modern.az saytı Dövlət Komissiyasının yeni tərkibinin siyahısını təqdim edir:
Dövlət Komissiyasının sədri:
Mədət Quliyev - general-leytenant, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Dövlət Komissiyasının tərkibi
| Firudin Sadıqov | - Dövlət Komissiyasının katibi |
Komissiyanın üzvləri:
| Oruc Zalov | - Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini; |
| Xələf Xələfov | - Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini; |
| Abbas Vəlibəyov | - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini; |
| İlqar Rəhimov | - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini; |
| İntiqam Babayev | - Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini; |
| Ədalət Vəliyev | - Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini; |
| Sədaqət Qəhrəmanova | - Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini; |
| Gəray Fərhadov | - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini; |
| Xanlar Vəliyev | - Azərbaycan Respublikasının Hərbi prokuroru; |
| Kərim Vəliyev | - Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini; |
| İsa Həbibbəyli | - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti; |
| Bayram Səfərov | - Şuşa Rayonu İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı İcmasının rəhbəri; |
| Aslan Aslanov | - Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru; |
| Ceyhun Bayramov | - Azərbaycan Respublikası təhsil nazirinin müavini; |
| Rəbiyyət Aslanova | - Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı; |
| Yaqub Mahmudov | - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA Tarix İnstitutunun direktoru; |
| Xanhüseyn Kazımlı | - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri; |
| Bəxtiyar Sadıqov | - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru; |
| Azay Quliyev | - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurasının sədri; |
| Çingiz Qənizadə | - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri; |
| Novruz Aslanov | - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri; |
| Zərifə Salahova | - Azərbaycan qadınları Bakı Assosiasiyasının sədri; |
| Salman Musayev | - Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini; |
| Nuşirəvan Məhərrəmov | - Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri; |
| Əflatun Amaşov | - Milli Mətbuat Şurasının sədri; |
| Cəmil Quliyev | - Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru; |
| Vüqar Rəhimzadə | - «İki sahil» qəzetinin baş redaktoru; |
| Yunis Əliyev | - «Olaylar» İnformasiya Agentliyinin baş direktoru; |
| Rəşad Məcidov | - «525-ci qəzet»in baş redaktoru; |
| Sevil Mikayılova | - «Azərnyus» qəzetinin baş redaktoru. |
Modern.az