Modern.az

Polis qəza törətdi - 4 maşın toqquşdu - FOTO

Polis qəza törətdi - 4 maşın toqquşdu - FOTO

16 Mart 2016, 15:17

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun N. Rəfiyev küçəsində Ümid Əzimovun idarə etdiyi 90 SM 582 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə 90 AL 878 dövlət nömrə nişanlı, “Hyundai” və 90 -UJ -170 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin dediyinə görə, qəzanın baş verməsinə “Hyundai” markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. “Hyundai” markalı avtomobilin sürücüsü polis serjantı olub.

Faktla bağlı araşdırma aparılır.





Modern.az 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...