Bu gün Bakı Apelyasiya Məhkəməsində “Ayna-Zerkalo”nun əməkdaşı, jurnalist Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə məhkəməs keçirilib.
Bu haqda Modern.az saytına onun hüquqlarını müdafiə edən Fuad Ağayev məlumat verib. Vəkil hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə müvəkkilinə bəraət verilməsini istədiyini deyib: “Mənim xahişimlə bağlı qərar sabah elan olunacaq”.
R. Mirqədirov 2014-cü 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunub. İlkin olaraq jurnalist barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsində Rauf Mirqədirova hökm oxunub. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Gülşən RAUFQIZI