Modern.az

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib - SİYAHI

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları təltif edilib - SİYAHI

16 Mart 2016, 19:46



Modern.az
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağı oğlu Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilsinlər:

Abbasov Niyaz İsaq oğlu
Həsənov Həsən Çingiz oğlu
İsmayılov Füzuli Cahangir oğlu
Qədimov Anar Vahid oğlu
Musayeva Samirə Paşa qızı
Sadıqova Ülfət Məhərrəm qızı
Səfərov Mehman Elxan oğlu
Turabov Nazim Soltan oğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...