Modern.az

Müdafiə Nazirliyi aydınlıq gətirdi...

 Müdafiə Nazirliyi aydınlıq gətirdi...

Təhsil

16 Mart 2016, 20:16

 

Müdafiə Nazirliyi martın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolla bağlı yayılan məlumatlara aydınlıq gətirib.  Modern.az xəbər verir ki, bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 15-də Ankara şəhərində Azərbaycanla Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edən bəzi elektron kütləvi informasiya vasitələri məsələyə qeyri-ciddi yanaşıb. "Sənədə əsasən, yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır.  

Bununla belə, ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 2015-ci ildən başlayaraq rəhbər heyət qarşılıqlı surətdə taktiki səviyyədə Azərbaycan və Türkiyədə təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçir. Bu döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir", - deyə məlumatda bildirilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...