Modern.az

Paytaxtda güclü yanğın: 1 ölü, 2 yaralı, (Yenilənib)

 Paytaxtda güclü yanğın: 1 ölü, 2 yaralı, (Yenilənib)

16 Mart 2016, 21:15

 

Paytaxtın mərkəzi hissəsində keçmiş Sovetski küçəsinin ərazisində güclü yanğın olub. Modern.az saytı xəbər verir ki, yanğın M.Əliyev küçəsində şəxsi evlərdən birində başlayıb. Virtualaz.org-un müxbiri hadisə yerindən xəbər verir ki, yanğın nəticəsində ölənlər var. Hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.

Yanğının aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən texnikası cəlb olunub, Hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub.

Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar «Azəriqaz» İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı. Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.

 ***

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.  APA-nın məlumatına görə, Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə baş verən yanğın zamanı ev sakini, 1936-cı il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızı tüstüdən boğularaq ölüb.  Onun gözlərinin görmədiyi bildirilir. 

S. Quliyevanın həyat yoldaşı Balağa Quliyev və oğlu, Hacıağa Quliyev yanıq xəsarətləri alıblar.  Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Modern.az  
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...