Modern.az

Xalq artisti xəstəxanadan evə buraxılıb

 Xalq artisti xəstəxanadan evə buraxılıb

16 Mart 2016, 21:52

 

Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, xalq artistinin qızı Mehriban Ələsgərova atasının vəziyyətinin normallaşdığını deyib: “Şükür atamın vəziyyəti normallaşıb. Gəzə bilir, danışır, qidalanır. İndi evdə 1 aylıq müalicə olunur. Müalicədən sonra yenidən həkimin yanına gedəcəyik və yekun qərar veriləcək”.

Xalq artisti Sabir Ələsgərovun böyrəklərində problem bir müddətdir ki, yaranıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sosial şəbəkədə xalq artistinə maddi kömək göstərmək üçün kampaniya başlayıb.  

Diktorun qızı bildirib ki, atasının orqanizmindən zəhərli qanı təmizləmək lazımdır, bunun üçün isə müəyyən aparatlardan istifadə edilməlidir.

M.Ələsgərova xalq artistinə maddi kömək etmək istəyənlərin 055-318-13-03, 050-550-08-71 nömrəli telefonla əlaqə saxlaya biləcəklərini deyib.  

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...