Modern.az

FHN paytaxtdakı yanğınla bağlı məlumat yaydı

 FHN paytaxtdakı yanğınla bağlı məlumat yaydı

16 Mart 2016, 23:42

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb. Modern.az saytı nazirliyin saytına istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət ümumi sahəsi 600 kv.m olan (hər mərtəbəsi 300 kv.m ) binanın 1-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə, 2-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mənzilin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 2 otaqlı mənzilin dəhlizinin tavanı 10 kv.m sahədə yanıb, 1 otaqda kondisioner və televizor ərimiş, otağın tavanı 10 kv.m sahədə qarsalanıb.  

Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb və iki nəfər tüstüdən zəhərlənib. Yanğının kəşfiyyatı zamanı 1941-ci il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkarlanıb. Digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın saat 19:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...