Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti Bakıda avtobus xidmətinə başlayıb. Modern.az saytı xəbər verir ki, şirkətdən artıq yeni açılan marşrutla Bakı-Qəbələ və Qəbələ-Bakı istiqamətində hərəkət etməyin mümkünlüyü bildirilib.
Qeyd edilən istiqamət üçün Bakıda iki dayanacaq "28 May" və "20 Yanvar" metro stansiyaları müəyyən edilib. Xidmət günləri Bakı-Qəbələ tərəfə çərşənbə, cümə və bazar günləri, Qəbələ-Bakı- istiqamətində isə bazar ertəsi, cümə axşamı və şənbə günləri seçilib.
"28 May" metro stansiyasından çıxış 21:30, "20 Yanvar" metro stansiyasından çıxış 22:00, habelə "Qəbələ" hava limanından Bakıya çıxış 04:30-da və "Qəbələ" hava limanına çatma vaxtı saat 02:30-da yerinə yetiriləcək.
Qeyd edək ki, bu istiqamətə qiymət agentliklərdən alınarkən 15 AZN (tək gediş), 19 AZN (gediş-gəliş), onlayn bilet alınarkən isə 19 AZN təşkil edir (tək gediş).
Modern.az