Modern.az

Ombudsman təcridxananı YOXLADI: nazirliyə müraciət olunacaq

Ombudsman təcridxananı YOXLADI: nazirliyə müraciət olunacaq

Təhsil

17 Mart 2016, 11:39

Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Murad Babayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Hüquq şöbəsinin rəisi Elşad İbrahimovla birgə Türkan qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəyə baş çəkərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar.

Modern.az xəbər verir ki, aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına baxış keçirilib, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.

 

Hərbi qulluqçularla rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib.  

Həmçinin qeyd olunmalıdır ki, hərbi şəhərcikdə zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər birində 40 mənzil olmaqla iki beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb, bütün mənzillər mətbəx, yataq və digər mebellər və avadanlıqlarla tam təmin edilib. Yaxın günlərdə mənzillərin hərbi qulluqçuların istifadələrinə verilməsi gözlənilir.    

Həmçinin Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.   İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna və Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.  

Başçəkmə çərçivəsində MSY-nin bütün kameralarına baxışlar keçirilib, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, habelə qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqatla bağlı müvafiq sənədləşmə yoxlanılıb.  

MSY-də saxlanılan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilmiş, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunaraq hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.   

Yekunda MSY-nin rəhbərliyinə müvafiq tövsiyələr verilib və bu müəssisənin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.   Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.  

Aytən Zəhra

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...