Modern.az

Büdcə pullarını dağıdanlar sərt cəzalanacaq

Büdcə pullarını dağıdanlar sərt cəzalanacaq

17 Mart 2016, 12:45

Dövlət büdcəsindən təyinatdankənar istifadəyə görə cəza təyin olunacaq.

Modern.az xəbər verir ki, bununla əlaqədar məsələ bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavədə öz əksini tapıb.  

Əlavəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə 8 000 manatdan 10 000 manata qədər cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum ediləcək.

Eyni hərəkətlər külli miqdarda, yəni, 250 min manatdan yuxarı vəsaitlə olduqda isə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.  

Qanuna əlavə Milli Məclisin plenar iclasına tövsiyə olunub.  

Ağa AKİFOĞLU

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...