Modern.az

Sevdiyi qızı öldürən şəxsə 19 il cəza verildi

Sevdiyi qızı öldürən şəxsə 19 il cəza verildi

17 Mart 2016, 13:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilərək həbs edilən 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Əliyev 19 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovaya 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla onu qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub. 

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı