Modern.az

Ağcabədidə ağır QƏZA: 2 ölü, 3 yaralı

Ağcabədidə ağır QƏZA: 2 ölü, 3 yaralı

Təhsil

17 Mart 2016, 13:33

Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, nəticədə idarəetməni itirən İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb.

İ.Dadşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölüb, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...