
Novruz bayramı və istirahət günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləşdirilmiş iş rejimində çalışacaq.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının direktoru Rauf Nağıyev deyib.O qeyd edib ki, briqadaların sayı tam həcmdə çıxacaq.
“Eyni zamanda hər bir bölmədə işin mütəşəkkil təşkil edilməsi üçün məsul şəxslər olacaq. Təcili yardımla yanaşı, istirahət günlərində Mərkəzi Kliniki Xəstəxana, tibb mərkəzləri xəstələrin qəbulu üçün gücləndirilmiş iş rejimində çalışacaqlar.
Fəaliyyətimizi tam həcmdə təşkil etmişik. Bayram günlərində əhaliyə və gələn qonaqlara yüksək səviyyədə yardım edəcəyik”.
Aytən ZƏHRA