Modern.az

Gömrükçülər 450 kiloqram narkotik aşkarlayıb

  Gömrükçülər 450 kiloqram narkotik aşkarlayıb

17 Mart 2016, 22:56

 

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkarlayıblar. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumata görə, İrandan Ukraynaya yük daşıyan 90 VV 438/99 ZC 154 nömrə nişanlı yük avtomobili əməliyyat məlumatı əsasında Azərbaycan ərazisində Xaçmaz Gömrük İdarəsində saxlanılıb.

Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış zamanı gömrükçülər 450 kiloqram narkotik vasitə olan heroin aşkarlayıblar.

Komitədən onu da bildiriblər ki, hazırda əməliyyat davam edir.   

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...