Modern.az

Azərbaycanlı deputatın tədqiqat işi Ukrayna ali məktəbində öyrənilir

Azərbaycanlı deputatın tədqiqat işi Ukrayna ali məktəbində öyrənilir

18 Mart 2016, 10:21


Milli Məclisin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin elmi məqaləsi Oles Qonçar adına Dnepropetrovsk Milli Universitetinin ictimai elmlər və beynəlxalq münasibətlər fakültəsi tələbələri üçün məcburi tədris ədədiyyatı siyasına salınıb.

Modern.az saytı xəbər verir ki, bu barədə universitetin politologiya kafedrasının dosenti, “Dnepropetrovsk Universitetinin Xəbərləri” elmi jurnalının məsul katibi dosent Viktor Paşşenko bildirib.
Onun sözlərinə görə, bu barədə qərar politologiya kafedrasının iclasında (protokol №6, 29.12.2015-ci il), onun müdiri siyasi elmlər doktoru, professor Aleksey Tretyakın təşəbbüsü ilə qəbul olunub.

Məlum olub ki, azərbaycanlı millət vəkilinin “Rus avrasiyaçılığının tənqidi” adlı tədqiqat işi “Dnepropetrovsk Universitetinin Xəbərləri” jurnalının 2015-ci il birinci sayında dərc edilib. Əsərdə rus avrasiyaçılığı rus təməlçiliyinin siyasi-ideoloji sistemi, Avrasiyada Rusiya hökmranlığına yönələn siyasətin tərkib hissəsi kimi səciyyələndirilir.

 //www.irbis-nbuv.gov.ua/cgi-bin/irbis_nbuv/cgiirbis_64.exe?I21DBN=LINK&P21DBN=UJRN&Z21ID=&S21REF=10&S21CNR=20&S21STN=1&S21FMT=ASP_meta&C21COM=S&2_S21P03=FILA=&2_S21STR=vdufsp_2015_1_33

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...