Modern.az

Belarusda pensiya yaşı 3 il qadırılır

Belarusda pensiya yaşı 3 il qadırılır

18 Mart 2016, 17:13


Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə pensiya yaşının artırılacağını deyib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, prezident pensiya yaşının 3 il artırılacağını və bu prosedurun 6-7 il ərzində tədricən həyata keçiriləcəyini deyib.  

“Mən onun tərəfdarıyam ki, pensiya yaşı hər il 6 ay artırılsın və 6-7 ilə rahat şəkildə 3 il qaldırılmış olsun”.

Onun fikrincə, ölkədə əmək haqlarının səviyyəsini müəyyən edən pensiya fondunun gəlirləri artmır.  

Bununla da, Belarusda qadınların pensiya yaşı 55-dən 58-ə, kişilərin pensiyası isə 60-dan 63-ə qədər artırılacaq.

Vüqar İsmayılov        

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...