Modern.az

İki marşurut xəttinin istiqaməti dəyişdirilib

 İki marşurut xəttinin istiqaməti dəyişdirilib

18 Mart 2016, 20:43

 

"BakuBus" MMC bayramla əlaqədar iki marşurut xəttinin istiqamətinin dəyişdirildiyi barədə məlumat yayıb. Qurumun mətbuat katibi Nuridə Allahyarovanın Modern.az saytına verdiyi məlumata görə,  mart ayının 19-u bayram tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından BakuBus-a məxsus 2 və 14 saylı marşrut xətləri istiqamətlərini müvəqqəti dəyişməli olacaqlar.

Belə ki, 2 saylı xətt Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə istiqamət alacaq, 14 saylı xətt isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək 28 May metro stansiyasının önünə hərəkət istiqaməti götürəcək.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...