Modern.az

Prezidentliyə namizədin əleyhdarları yolu bağladılar

Prezidentliyə namizədin əleyhdarları yolu bağladılar

20 Mart 2016, 17:57


ABŞ prezidentliyinə namizəd Donald Trampın əleyhdarları Arizona ştatında onun mitinq keçirəcəyi əraziyə gedən yolu bağlayıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, fəalların əllərində prezidentliyə namizədin əleyhinə olan plakatlar da olub.

Aksiya iştirakçılarından 3 nəfəri saxlanılıb. Polis bunun səbəbinin həmin ərazidə hərəkəti bərpa etmək olduğunu bildirib.

Donald Trampın əleyhdarları eyni zamanda Nyu-Yorkda da nümayiş keçiriblər.

Milyarder Donald Tramp 2016-cı ildə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından əsas namizəd olub. Amerikalıların çoxu onun bəyanatlarını populist və ksenofobiya hesab edir. Məsələn, onların əsas narazılığı Meksika ilə sərhədə divar çəkilməsi və müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulması ilə bağlıdır.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...