Modern.az

Gəncədə küləvi dava...

 Gəncədə küləvi dava...

21 Mart 2016, 20:44

 

Gəncədə küləvi dava baş verib. Modern.az saytı azvision.az-a istinadən xəbər verir ki, dava şəhərin “Depo qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Bir qrup gənc arasında baş verən davada Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin Hümbətov bıçaq xəsarəti alıb.

O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı cinayət işi başlanıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...