Modern.az

Yol qəzasında həlak olan tələbənin telefonunu oğurlayıblar

 Yol qəzasında həlak olan tələbənin telefonunu oğurlayıblar

21 Mart 2016, 21:40

 

Yol nəqliyyat hadisəsi zamanı dünyasının dəyişən tələbənin atası polisə müraciət edərək qəza zamanı oğlunun boyunbağısının və mobil telefonun oğurlandığını bildirib. Modern.az saytı xəbər verir ki, Bakı şəhər sakini 1960-cı il təvəllüdlü Alim Bəynişan oğlu Babayev polisə ərizə ilə müraciət edərək bildirib ki, yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş oğlu, 1985-ci il təvəllüdlü Kamranın üzərində olan gümüş boyunbağı və mobil telefonu 1992-ci il təvəllüdlü Yaşar Əlişir oğlu Abdullayev oğurlayıb.

Musavat.com xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Kamran Babayev Badamdar şosesi ilə 20-ci sahə istiqamətində hərəkətdə olan “Mitsubishi Pajero-İo” markalı, 99 FJ 658 dövlət nömrə nişanlı avtomobili ilə idarəetməni itirərək qəza törətmişdi. K.Babayev dhadisə yerində dünyasını dəyişmiş, sərnişin Tağıyev Vüqar İlham oğlu isə xəsarət almışdı.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...