Modern.az

Rusiyanın baş alimi: “Türkiyə bizimlə bərabərləşib”

Rusiyanın baş alimi: “Türkiyə bizimlə bərabərləşib”

22 Mart 2016, 14:06

Türkiyə alimlərinin 2015-ci ildə dərc etdikləri elmi işlərin sayı Rusiya alimlərinin elmi işlərinin sayı ilə bərabərləşib. Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının prezidenti Vladimir Fortov məlumat verib.

“Təəssüf ki, bütün dünyada elmi iş sayının kəskin artdığı zamanda Rusiya bu sahədə ayaq çatdıra bilmir. 2015-ci ildə YUNESKO-nun məlumatına görə, Rusiyada elmi iş sayı cəmi 12% ardığı halda, Çində bu göstərici 10 qat, Hindistanda isə 3 qat artıb. Elmi məqalələrin sayına görə Çin bizi 1997-ci ildə, Hindistan 2005-ci ildə, Braziliyta isə 2007-ci ildə ötüb. İran və Türkiyə isə sürətlə arxamızca gəlir”.

Bununla belə, Vladimir Fortov dünya akademik sistemində rusiyalı alimlərin sayının 11% olduğunu deyib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...