Belçika mətbuatının dünən yayımladığı fotoşəkildə sağda olan, terror aktını törətməkdə şübhəli bilinən 3-cü şəxs, qaçdığı güman edilən Nayim Laçraui Brüsseldə yaxalanıb.
Modern.az saytı xəbər verir ki, bu haqda Belçkianın RTBF dövlət televiziyası məlumat yayıb.Zaventem Bələdiyyə Başçısı Francis Vermeir hava limanındakı terror aktlarını həyata keçirən təcavüzkarların bombaları çamadanda daşıdıqlarını açıqlayıb. O, təcavüzkarların limana taksi ilə gəldiklərini və çamadanları daşıma vasitələrinin üzərinə qoyduqlarını deyib. Bunun ardından partlayış baş verib. Üçüncü terrorist də bomba olan çamadanını daşıma vasitəsinin üzərinə qoyub, amma böyük ehtimalla bomba partlamayıb və o, qaçıb”.
Bundan əvvəl Brüssel Zaventem hava limanındakı terror aktlarını Xalid və İbrahim Əl Bəqrai qardaşlarının reallaşdırdığı ortaya çıxıb. Onların partlayış nəticəsində öldüyü bildirilir. Belçika mətbuatının yazdığına görə, terror nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.
Gülşən RAUFQIZI