“Bayram günlərində Bakıda və regionlarda dollar ya da manat qıtlığı müşahidə edilmir”. Bunu Modern.az saytına iqtisadçı Cəfər İbrahimli bildirib.
O, qeyd edib ki, bu günlərdə xüsusilə “qara bazaar” aktivləşib: “Bayram günlərində banklar işləmədiyindən və valyutadəyişmə məntəqələri yox səviyyəsində olduğundan bütün valyuta ticarətləri “qara bazar”da aparılır.“Qara bazar”da dollar təxminən Mərkəzi Bankın bayramdan əvvəl elan etdiyi məzənnə ilə üst-üstə düşür”.
Ekspert deyib ki, banklarda dollara tələb çox olduğu zaman məzənnə yüksəlir: “Banklar işləmədiyi üçün tələbin o qədər çox olması gözlənilən deyil. Ayrıca, dövriyyədə də manat az olduğu üçün əhalinin tələbinin məzənnəyə təsir etməsi ehtimal olaraq qalır”.
Gülşən RAUFQIZI