Modern.az

Sərnişin özünü təyyarədə öldürmək istədi

Sərnişin özünü təyyarədə öldürmək istədi

23 Mart 2016, 17:30


Moskvadan Qroznıya uçan Bombardier təyyarəsinin göyərtəsində baş verən insidentlə bağlı polis araşdırma aparır. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxandan sonra sərnişinlərdən biri özünü öldürmək istəyib. Cavan kişi cibindən iti əşya çıxararaq boynundan vurub.

Bort bələdiyyəçisi sərnişini sakitləşdirərək ona ilk yardım göstərərək güclü qan axmasının qarşısını almağa nail olub.

Bundan sonra təyyarə rejimə uyğun eniş edib, uçuş zolağına isə polis və təcili yardım gətirilib. Özünə qəsdə cəhd edən kişi əvvəlcə həkimlərə verilib, sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu sorğu-sual ediblər.

İnsidentin səbəbi və həmin kişinin kimliyi açıqlanmayıb.


Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...