Modern.az

Prezident hamilə qadını xilas etdi

Prezident hamilə qadını xilas etdi

23 Mart 2016, 18:15


Gürcüstan prezidenti Georgi Marvelaşvili təsadüfən üzləşdiyi avtomobil qəzasında xilaskar kimi çıxış edib. Modern.az xarici mediaya istinadən bildirir ki, hadisənin şahidi, rejissor Qiqi Kitiyanın özünün Facebook hesabında yazdığına görə, o, qəzaya uğrayan avtomobildən prezidentin hamilə qadını necə çıxardığını gözləri ilə görüb.

“Mən dəhşətli qəzanın şahidi idim. Hamilə qadının çevrilən avtomobildən çıxarılmasına prezidentin necə yardım etdiyini də gördüm. Prezident hətta bu zaman öz avtomobilindəki yanğınsöndürən quröudan da istifadə etməyə cəhd göstərirdi. Qadın maşından çıxarılanda huşsuz vəziyyətdə idi. Mən bu olayı çəksəm də, onu yaymağa haqqım yoxdur”, - Kitiya yazıb.

Onun sözlərinə görə, bu kadrlar tezliklə televiziyalardan birində göstəriləcək. Gürcüstan prezidentinin avtomobil qəzasında qadını xilas etməsini dövlət başçısının mətbuat xidməti də təsdiqləyib.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...