Modern.az

Lənkəranda ağır qəza - 3 ölü, 2 yaralı

Lənkəranda ağır qəza - 3 ölü, 2 yaralı

Təhsil

23 Mart 2016, 22:52


Lənkəranda ağır yol qəza hadisəsi baş verib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı bildirilir. Hadisə Lənkəran-Boradigah şosse yolunun Lənkəran şəhəri ərazisində, Ləvəngi dairəsinə yaxın ərazidə baş verib.

Şahidlərin sözlərinə görə Lənkəran istiqamətində yüksək sürətlə hərəkətdə olan "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomaşın çayxanadan çıxan piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfərin öldüyü, 2 nəfərinsə vəziyyətinin ağır olduğu bildirilir.

Ölən və yaralananlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. hadisə yerində ölənlər: 1979-cu il təvəllüdlü İsmaylov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli və 1988-ci il təvəllüdlü Hüseynov Elvindir. Yaralılar: 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1987-ci il təvəllüdlü Həsənov Kənandır.

Meyidlər aidiyyati üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Piyadaların Lənkəran şəhər sakinləri, sürücününsə Astara rayon sakini olduğu söylənilir. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...