
ABŞ prezidenti Barak Obama Argentina səfərində etirazların hədəfi olub.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, Barak Obamanın Argentinaya ölkədəki hərbi çevrilişinin 40-cı ildönümünə təsadüf edən səfəri kütləvi etirazlara səbəb olub.Obamanın səfəri zamanı çərşənbə axşamı paytaxt Bonus Yresdə ABŞ Səfirliyi qarşısında toplanan təxminən minə qədər nümayişçi tərəfindən “Obama rədd ol” şüarları ilə qarşılanıb. Paytaxt Buenos Ayresdə ABŞ bayraqları yandırılıb.
Alman Mətbuat Agentliyi “DPA“-a açıqlama verən təşkilatçılardan Marksist Leninist İnqilabçı Partiya (Partido Revolucionario Marxista-Leninista) rəsmisi Facundo Palacios Obamanın səfərinin hərbi çevrilişinin 40-cı ildönümünə təsadüf etməsini bir təxribat kimi xarakterizə edib. Palacios "Obama özünü insan haqları müdafiəçisi olaraq təqdim edir” deyə bəyanat verib.
Yaxın Şərqdə davam edən döyüşlərdə ABŞ-ın rolu və işgəncə həbsxanası olan Quantanamonun hələ də mövcud olduğu deyilib.
Ağa AKİFOĞLU