Modern.az

İstanbulu qana bulayacaq terrorçu yaxalandı

İstanbulu qana bulayacaq terrorçu yaxalandı

Təhsil

24 Mart 2016, 14:45

 

Avropa terror  hücumları ilə sarsılarkən Türkiyə polisi “İslam Dövləti” (İŞİD) terror təşkilatına böyük zərbə vurub.

Modern.az Türkiyə mediasına istinadən bildirir ki, Sultanqazi də bir mənzildə keçirilən əməliyyatda hücum hazırlığındakı Suriya əsilli canlı bomba İbrahim G.J.a, Türkiyə vətəndaşı Muhammed N. və İraq əsilli Ali F. saxlanılıb.

Məlumatda qeyd edilir ki, Almaniya kəşfiyyatı bundan öncə G.J.a ilə bağlı xüsusi xəbərdarlıq edib.

Həmin xəbərdarlıqda terrorçu G.J.anın  Mosuldan Qaziantepə gəldiyinə diqqət çəkilib. Onların özlərini terror törətmək üçün dini və ruhi olaraq da hazırladıqları vurğulanır: “Siqnal gözləyirlər.

Axşam vaxtı hücuma keçirəcəklər. Hədəflərində Ankaradakı Almaniya səfirliyi  və İstanbuldakı Baş Konsulluğu var”, - xəbərdarlıqda qeyd edilib.  

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...