Modern.az

Moskva ziyalılarından başsağlığı – İbrahimbəyova görə

Moskva ziyalılarından başsağlığı – İbrahimbəyova görə

Təhsil

24 Mart 2016, 14:52

Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli nasir, Xalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən xəstəlikdən sonra mart ayının 22-də 81  yaşında dünyasını dəyişib. 

Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.

Maqsud İbrahimbəyov altmışıncı illərin  əvvəllərindən bədii yaradıcılığa başlamış elə o illərdən də cap olunmağa başlayıb, nasir, dramaturq, kinossenarist və rejissor kimi yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda da yaxşı tanınıb.

Onun  əsərləri hələ Sovet İttifaqı dönəmində olduqca populyar idi. Yazıçının əsərləri bir cox SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuş, yazıçıya şöhrət qazandırıb.

Əsərləri müxtəlif ölkələrin mötəbər teatrlarında  tamaşaya qoyulub.

Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutub.

"Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam", “Böyük şəhərin nağılları”, “Bütün yaxşılıqlara ölüm” “Bizim Cəbiş müəllim” və s. ssenariləri əsasında filmlər çəkilib.

"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.

Maqsud İbrahimbəyov  1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib, Azərbaycan Dövlət mükafatı laureatı (1976-cı il), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979-cu il), Azərbaycanın xalq yazıçısı (1988-ci il) fəxri adlarına layiq görülüb.  1995, 2000, və 2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib.

“Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. 

Biz Moskva ziyalıları bu  acı xəbərdən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Ona Allahdan rəhmət diləyirik! Allah Rəhmət eləsin! Ziyalılar adından: Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, Cəfər Sadıq, Sərdar Abdullayev, Mirəşrəf Fətiyev, Tünzalə Vəliqızı, Sabir Həbibov, Azər Cahangirov, Aydın Mehdiyev, Yusif Əmiraslanov, Rabson Məmmədov, Eldar Abbasov, Abuzər Bağırov, Qüdrət Qurbanov, Paşa Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, Alşan Zakirov, Kamran Rüstəmov, Camal Camalov, Anar Həsənov, Fuad Səfərov, Fuad Abbasov, Fərid Əkbərov,Şəhriyar İmanbəyli, Əvəz İbayev, Yavər Həsən, Validə Məmmədova, Qorxmaz Axundov, , Mərdan Feyzullayev, Füzuli Fərəcov, Mehman Şükürov və başqaları.

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...