Modern.az

Eldar Mahmudovun daha bir kadrı işdən çıxarıldı

Eldar Mahmudovun daha bir kadrı işdən çıxarıldı

Təhsil

24 Mart 2016, 17:27

 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub.

“Azadlıq” qəzetinin yazdığına görə, DTX rəisi Mədət Quliyev təxminən 10 gün əvvəl belə əmr imzalayıb.

M.Yaqubovun keçmiş MTN naziri Eldar Mahmudovun sinif yoldaşı və “kassalarından” biri olduğu haqda məlumatlar var.

O, Eldar Mahmudovun nazirliyi dövründə kapitan rütbəsində bu vəzifəyə təyin olunmuş və 5 il sonra – 2013-cü ildə general-mayor rütbəsi almışdı.

Baxmayaraq ki, ixtisasca stomotoloq olan M.Yaqubov 50 yaşına kimi mülki sahədə çalışmışdı.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...