Modern.az

“Ərdoğan haqlı olsa Hollandiya baş naziri istefa verməlidir”

“Ərdoğan haqlı olsa Hollandiya baş naziri istefa verməlidir”

Təhsil

24 Mart 2016, 18:20

Türkiyənin ötən il terrorçu Brahim Əl Bakraoinin öz istəyi ilə Hollandiyaya deportasiya etməsi Haaqa rəhbərliyini çətin vəziyyətə salıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, müxalifət partiyaları Prezident Rəcəb Tayyib Ərdoğanın dünən verdiyi açıqlamasının anlaşılmaz olduğunu bildirirərək hökumət tərəfindən açıqlama istəyirlər.

Bununla bağlı Hollandiyada hökumətə ən sərt reaksiya isə Türkiyə və İslam əleyhdarı siyasətləri ilə tanınan, müxalifətdə həddindən artıq sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Wildersden gəlib.

Geert Wilders öz Twitter hesabinda Ərdoğanın açıqlamasının yer aldığı xəbəri bölüşərək "Əgər bu doğrudursa, o zaman baş nazir Rutte istefa verməlidir" fikrini dilə gətirib.

Qeyd edək ki, terrorçu Brahim Əl Bakraoin Brüssel terrorunu törədənlərdən biri hesab olunur. Buna görə də onun öz istəyi ilə ötən il Haaqaya deportasiya olunması Hollandiya hökumətini hesabat verməyə məcbur edəcək.

Ağa AKİFOĞLU    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...