Modern.az

Türkiyə 4 şəhid verdi

Türkiyə  4 şəhid verdi

Təhsil

24 Mart 2016, 18:38

Bu gün Türkiyədə PKK-ya qarşı əməliyyatlarda 3 əsgər şəhid olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında 1 əsgər günortadan sonra isə PKK-nın əl istehsalı olanm bomba partlayışı nəticəsində 2 əsgər şəhid olub.

Antiterror əməliyyatları Türkiyənin Nüsaybin vilayəti və Şırnakda baş tutub. Şırnakda PKK-lı terrorçulara qarşı əməliyyatda 1 polis şəhid olub, 2 nəfər isə yaralanıb.

Türk Silahlı Qüvvələri (TSK) və hüquq-mühafizə orqanlarının 14 martda başladıqları "Şəhid Jandarm Baş Leytenant Məmməd Çifci” əməliyyatı davam edir. Təhlükəsizlik qüvvələri Gazipaşa məhəlləsində aparılan əməliyyatda terrorçuların hücumu nəticəsində 2-si ağır olmaqla 3 polis məmuru yaralanıb.

Şırnak Dövlət Xəstəxanasına aparəlan polislərdən biri müdaxiləyə baxmayaraq şəhid olub, 2 polis məmurunun müalicəsi davam edir. Əl istehsalı partlayıcının partlayış etdirilməsi nəticəsində 7 təhlükəsizlik işçisi yaralanıb. Yaralı 5 əsgərin müalicəsi isə davam edir.  

Ağa AKİFOĞLU      

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...