
Martın 26-da Moskvadakı “Safisa” şadlıq sarayında rusiyalı milyarder Mixail Qutserievin oğlunun möhtəşəm toyu baş tutub. Modern.az xarici mediaya istinadən bildirir ki, təntənəli axşamda təkcə bəylə gəlinin qohumları, yaxınları deyil, eyni zamanda dünya səviyyəsində məşhur qonaqlar – Cenifer Lopes, Stinq və Enrike İqlesias da iştirak edərək bütün günü ora toplaşanları əyləndiriblər. Gecənin sonunda səhnəyə Alla Puqaçova çıxaraq sevgililər üçün hit mahnısını – “Yuxuya bənzəyən sevgi”ni ifa edib.
Bundan əlavə, toy üçün xüsusi olaraq Moskvaya gələn gecənin məşhur qonaqlarına ödənilən qonorarın da məbləği açıqlanıb.
Məlum olub ki, şənliyin təşkilatçılığı ilə İqor Krutoyun “ARS” şirkətinin 600 işçisi məğul olub.
Cenifer Lopesin çıxışı Qutserievlər ailəsinə 1 milyon avroya başa gəlib.
1,5 milyon avro Stinq alıb, Enrike İqlesiasa isə yarım milyon avro ödənilib.
Alla Puqaçovaya bunların hamısından az – 300 min avro verilib.
Hazırda evlənən gənclər və onların ailələri Britaniya paytaxtında keçiriləcək bayramın ikinci gününə hazırlaşırlar. Said Qutseriev və Xədicə Ujaxova vaxtlarını Londondakı dostlarının əhatəsində keçirəcəklər.
Digər məlumata görə, çoxları Elton Conu və Beyonsun da bu toy mərasimi üçün Moskvaya gəlişini gözləyib. Ancaq onlar gəlib çıxmayıblar.
Toy zamanı qonaqlara elan edilib ki, Elton Con və Beyons Londondakı mərasimdə cütlüyün dostlarını əyləndirəcəklər.
Qeyd edək ki, “Forbes” Qutserievlər ailəsini 2015-ci ildə Rusiyanın reytinqə görə ən varlı ailəsi adlandırıb.



Modern.az