Modern.az

Azərbaycan prezidenti ABŞ-da müzakirələr aparacaq - açıqlama, video

 Azərbaycan prezidenti ABŞ-da müzakirələr aparacaq - açıqlama, video

27 Mart 2016, 21:02

Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevin Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakı zamanı müzakirə ediləcək məsələləri şərh edib.   Modern.az saytı xəbər verir ki, şöbə müdiri ANS-ə açıqlaması zamanı əsas məsələnin belə sammitlərdə iştirak edib onun fəaliyyəti ilə tanış olmaq olduğunu bildirib: “Ölkə başçısı da Azərbaycanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı sammitdə çıxış edəcək. Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır".  

N. Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq görüşün böyük əhəmiyyət kəsb etdiyini düşünür.  

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...