Rusiya, Azərbaycan və İran xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərifin Bakıda mümkün görüşü aprelin əvvəlinə nəzərdə tutulub. Modern.az saytı xəbər verir ki, bu məlumatı APA Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinə istinadən yayıb.
Q. Karasin xarici işlər nazirlərinin göstərilən tarixdə görüşü üzərində işlənildiyini nəzərə çatdırıb.
Qeyd edək ki, martın 24-də Rusyia Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova bildirib ki, S. Lavrovun Bakıya səfəri üzərində iş gedir və səfərin konkret S. Lavrovun azərbaycanlı həmkarı müəyyənləşdirəcək.
Modern.az