
Modern.az saytı xəbər verir ki, martın 25-də Respublikaçı Alternativ Partiyasının Təşkilat Komitəsinin iclası keçirilib. İclasda iş planı və Təşkilat Komitəsinin sədri, hazırda həbsdə olan İlqar Məmmədovun təyinatları müzakirəyə çıxarılaraq təsdiqlənib.
İlqar Məmmədov ictimai-siyasi məsələlər üzrə katib – Azər Qasımlını, təşkilati məsələlər üzrə katib – Natiq Cəfərlini, konseptual məsələlər üzrə katib – Erkin Qədirlini, hüquqi məsələlər üzrə katib – Xalid Bağırovu təyin edib.
Modern.az