
İnsan haqları üzrə keçmiş ombudsman Ella Pamfilova Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) yeni sədri seçilib. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, onun namizədliyini MSK-nın yeni tərkibindəki üzvlərin əksəriyyəti dəstəkləyib.
Ella Pamfilovanın lehinə 14, onun rəqibi Sergey Sirotkina 1 nəfər səs verib.
Ella Pamfilova Rusiya vətəndaşları üçün bərabər seçki hüququ təmin ediləcəyinə söz verib və MSK-nın strukturunun dəyişdirilməsini təklif edib.
Modern.az